TAP (TransAdriatik Pipeline) boru kəməri konsorsiumu "Şahdəniz" konsorsiumuna rəqabət qabiliyyətli təklif verib. SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında TAP-ın icraçı direktoru Kjetil Tunqland deyib.
Onun sözlərinə görə, bu təkliflər "Şahdəniz"in şərtləri ilə üst-üstə düşür: "Düşünürəm ki, TAP-ın seçilmək şansları çox böyükdür. Artıq mart ayında layihə ilə bağlı tədqiqatlar yekunlaşıb. Bu sənəd toplusu kəmərin harada və necə tikiləcəyini müəyyənləşdirir. Yəni "Şahdəniz" konsorsiumunun əlində qərar qəbul etmək üçün bütün zəruri sənədlər var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB