"Görülmüş tədbirlər nəticəsində ilin əvvəlindən indiyədək "Azəri-Çıraq-Günəşli" yataqlarında hasilat sabitləşdirilib və hazırda orta gündəlik neft hasilatı 666 min barel təşkil edir". SİA-nın verdiyi xəbərə görə, bunu Bakıda keçirilən Xəzər Neft-Qaz konfransındakı çıxışında "BP-Azerbaijan"ın prezidenti Qordon Birrel deyib.
Onun sözlərinə görə, hasilatı təhlükəsiz və etibarlı şəkildə davam etdirmək məqsədilə BP növbəti ildən başlayaraq qurğularında müntəzəm texniki xidmət və profilaktik işlər aparmağı planlaşdırır: "Bu hallar bizim sənayedə geniş yayılan təcrübədir və profilaktik xidmət neft-qaz sənayesində danılmaz faktdır. Bütün dünyada 40-dan artıq nəhəng yatağın operatoru və dünya miqyaslı təcrübəyə malik olan BP şirkəti olaraq inanırıq ki, bu nəhəng yatağın işlənməsinin optimallaşdırılması şirkətimizin texnologiyalarından istifadə olunması ilə sıx bağlıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB