"Azərbaycanın qaz hasilatı 20 milyard kubmetrə çatdırıla bilər"
Azərbaycanın qaz hasilatını 2015-ci ildə 20 milyard kubmetrə çatdırmaq imkanımız var. SİA-nın xəbərinə görə, bu sözləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Xəzər Neft və Qaz konfransındakı çıxışı zamanı deyib.
Onun sözlərinə görə, neft-qaz sənayesi Azərbaycanın bugünkü yüksəlişində böyük rol oynayır: "Azərbaycanın təsdiqlənmiş, proqnozlaşdırılan yanacaq ehtiyatı 10 milyard ton şərti yanacaq həcmində qiymətləndirilir ki, bu da 100 il kifayət edəcək. Eyni zamanda Azərbayan qazının Avropa bazarlarına çıxarılması ölkənin sabit inkişafına kömək göstərəcək. Azərbaycan qazının ixracı üçün Türkiyə və Azərbaycan hökümətlərinin birgə yaratdıqları TANAP layihəsi böyük əhəmiyyətə malikdir. İlkin mərhələdə 16 milyard kubmetr ötürücülük qabilliyyətinə malik bu kəmərin növbəti mərhələdə ötürücülük gücü artırılacaq. TANAP boru kəmərinin inşasına 2014-cü ildə başlanması gözlənilir. Bu boru kəmərindən ilk qazın ixracı isə 2019-cu ildə nəzərdə tutulur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB