"Türkiyə Azərbaycan investisiyalarının 4 dəfə artacağını gözləyir"

"Türkiyə Azərbaycan investisiyalarının 4 dəfə artacağını gözləyir"

"Türkiyə ölkəyə yatırılan Azərbaycan investisiyalarının təxminən dörd dəfə artacağını gözləyir". SİA-nın məlumatına görə, bunu Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan bu gün Qəbələdə keçirilən Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli biznes forumunda çıxışı zamanı bildirib.

"Bizim hesablamalarımıza görə, Türkiyə şirkətləri Azərbaycan iqtisadiyyatına 6,5 milyard dollar investisiya yatırıblar. Türkiyəyə yatırılan Azərbaycan sərmayələrinin həcmi isə 4 milyard dollar səviyyəsindədir və biz bu investisiyaların yaxın illərdə 15 milyard dollara qədər artacağını gözləyirik. Bu, neft və kimya layihələrinin həyata keçirilməsi hesabına təmin olunacaq",- deyə Çağlayan fikirlərinə əlavə edib.

Onun sözlərinə görə, bu günə qədər Türkiyə şirkətləri Gürcüstandakı layihələrə 1,1 milyard dollar yatırıb. Türkiyəyə yatırılan Gürcüstan sərmayələrinin həcmi isə 23 milyon dollar təşkil edir.

Çağlayan bildirib ki, hər üç ölkənin iqtisadiyyatı böyük artım perspektivinə malikdir: "Bir çox inkişaf etmiş ölkələr böyük itkilər verdiyi halda, bu ölkələr böhrana davamlılıq nümayiş etdirdilər. Biz üç ölkə arasında mövcud olan əməkdaşlığın böyük potensialından istifadə etməliyik".

Bütün xəbərlər Facebook səhifəmizdə