ARDNF Rusiya bankını satın alıb

Azərbaycan Dövlət Neft Fondu Rusiyanın nüfuzlu banklarından biri olan VTB-nin səhmlərinin bir hissəsini alıb. SİA-nın "Vestnik Kafkaza" saytına istinadən verdiyi məlumata görə, Dövlət Neft Fondu Moskva fond birjasında bankın 15-20 milyardlıq səhmini əldə edib.

Rusiya bankının ümumi dəyəri 102,5 milyard rublluq aksiyalarını təkrar yerləşdirməsini həyata keçirib. Bankın kapitallaşdırılmaya qədərki olan prosesini prezident Vladimir Putinə bankın rəhbəri Andrey Kostin məlumat verib.

Qeyd edək ki, Neft Fondunun ümumi investisiya portfelininin dəyəri 2013-cü ilə 25,2 milyard manat məbləğində müəyyən edilib. Ötən ilin sonunda investisiya portfeli, 23 milyard dollar dəyərində proqnozlaşdırılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə