Son 1 il ərzində dünya bazarlarında qızılın qiymətində 14 faiz azalma müşahidə edilib. İqtisadçı ekspert Vüqar Bayramovun SİA-ya verdiyi açıqlamaya görə, son 6 aya diqqət yetirdikdə ucuzlaşma 20 faizdən çox olub. Belə ki, bu gün dünya bazarlarında qızılın 1 qramı 44 dollara satılır. Vüqar Bayramovun sözlərinə görə, buna rəğmən Dövlət Neft Fondu gəlirlərinin bir qismini qızılda saxlamağa qərar verib: "Qərara görə, Neft Fondu 2012-2013-cü illər ərzində 30 ton qızıl alıb".
Vüqar Bayramov qeyd etdi ki, Neft Fondu qızılın alınması prosesini mərhələli şəkildə həyata keçirdi. Məhz bunun nəticəsində Fond itkiləri kompensasiya etmiş oldu. Onun sözlərinə görə, 30 ton qızılın alınması Neft Fondunun aktivlərinin müəyyən qədər azalmasına səbəb oldu. Fondun 2012-ci ildə aldığı qızılın qiyməti 14 faiz ucuzlaşdı.
Xatırladaq ki, 2008-ci ildə baş verən qlobal maliyyə böhranı zamanı Neft Fondu qızılın alınmasına başlamışdı. Çünki o zaman ekspertlər güman edirdilər ki, ucuzlaşan qızıla böhrandan sonra təlabat artacaq. Demək olar ki, həmin ərəfədə proqnozlar özünü doğrultdu, böhrandan sonra qızılın qiyməti 50 faiz bahalaşdı.
Vüqar Bayramov bildirdi ki, hazırda Dövlət Neft Fondunun itirdiyi 14 faizlik nisbi azalma gələcəkdə, gəlirlə əvəzlənə bilər. Onun sözlərinə görə, fondun itkiləri artmayacaq. Çünki Neft Fondu valyuta ehtiyatlarının 5 %-ni qızılda saxlayır. Qızılın qiymətinin ucuzlaşması yol açan amillərə gəldikdə isə, Vüqar Bayramov qeyd etdi ki, ucuzlaşma spekuliyativ amillərlə bağlıdır. Çünki investorların böyük bir qismi qızılın ucuzlaşmasında maraqlı olduğu üçün rezervlərini qızıldan çəkirlər. Nəticədə, dünya bazarlarında qızıl dəyərdən düşüb. İqtisadçı ekspert həmçinin əlavə etdi ki, ucuzlaşmanın Azərbaycan iqtisadiyyatına təsiri daha çoxdur. Çünki ölkəmiz qızıl hasilatçısıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB