Rövnəq Abdullayev: "Əməkhaqlarını 204 manatdan 536 manata çatdırmışıq"
"Cənab prezident İlham Əliyev Sumqayıtı keçmişə qaytararaq, onu yenidən kimya sənayesinin flaqmanı etmək kimi məsələləri bizim qarşımıza məqsəd qoyub". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında deyib.
O, qeyd edib ki, biz 2009-cu ildən etibarən Sumqayıtda yenidənqurma işləri aparırıq: "Burda köhnədən qalan bütün avadanlıqlar sökülür, sahələr təmizlənir və onların əvəzinə yeni müasir qurğular hazırlanır. Hər yeni qurğunun işə salınması, keçmiş cihazlara nisbətən 4 dəfə xərclərin azaldımasına hesablanır. "Azərikimya" İstehsalat Birliyində aparılan yenidənqurma işləri nəticəsində biz maya dəyərini 2009-cu ilə nisbətən 35 % aşağı salmışıq".
ARDNŞ prezidentinin sözlərinə görə, bu gün İB-də çalışan işçilərin əməkhaqları 204 manatdan 536 manata çatdırılıb.
Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB