Bu gündən ölkəmizdə Beynəlxalq İntercable Assosiasiyasının 45-ci forumu keçirilir. Mayın 24-ə qədər davam edəcək forumda iştirak etmək üçün paytaxt Bakıya 22 dövlətin 50 firmasından 152 iştirakçı gəlib. Forumun keçirilməsində əsas məqsəd STB Kabel zavodunun fəaliyyəti ilə tanış olmaqdan ibarətdir.
Forumda "STB" Kabel Zavodunun fəaliyyəti haqqında geniş məlumat verilib. Çıxış edənlər forumun Azərbaycanda keçirilməsinin əhəmiyyətindən danışıblar. Bildirilib ki, İntercable Assosiasiyasının strateji əhəmiyyət kəsb edən forumunun ölkəmizdə keçirilməsi həm də Kabel Zavodunun fəaliyyətinə verilən müsbət qiymətdir.
Zavodun direktoru Adıgözəl Rəhmanov qeyd edib ki, bu zavodda dünyanın ən qabaqcıl texnologiyalarından istifadə olunur: "Zavodda 6500 çeşiddə məhsul buraxılır. 110 kv-a qədər kabellər istifadə olunur ki, bu da ölkəmiz üçün çox vacibdir."
A.Rəhmanov zavodun istehsal gücündən danışaraq qeyd edib ki, zavodda sutkada 80 min ton aliminium və mis kabel istehsal olunur: "STB" Kabel Zavodunda işləyənlərin 60 faizi ali savadlıdır. Çünki əksər avadanlqıları işlətmək üçün bilik, savad tələb olunur."
Xatırladaq ki, "STB" Kabel Zavodu 2012-ci ildə İntercable Assosiasiyasının üzvü seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB