Azərbaycanda iqtisadi artım davam edəcək

Azərbaycanda iqtisadi artım davam edəcək

Azərbaycan Mərkəzi Bankının və beynəlxalq təşkilatların proqnozlarına görə yaxın perspektivdə ölkədə iqtisadi artımın davam edəcəyi gözlənilir. SİA-nın məlumatına görə, bu barədə Mərkəzi Bankın yanvar-mart ayları üzrə pul siyasəti icmalında deyilir. Mərkəzi bankdan həmçinin bildiriblər ki, Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı açıqladıqları son iqtisadi xülasələrində Azərbaycan üzrə iqtisadi artımın 2013-cü ildə müvafiq olaraq 4.1% və 3.1% təşkil edəcəyini proqnozlaşdırılır. Mərkəzi Bankın qiymətləndirmələrinə görə daxili tələbin artması məcmu buraxılış kəsirinin I rübdəki +0.6% səviyyədən artaraq davam edəcəyini və 2013-cü ildə pozitiv zonada qalmasında əhəmiyyətli rol oynayacaq. Bundan başqa icmalda ölkədəki inflyasiyanın vəziyyətindəndə bəhs olunub. Mərkəzi bankın məlumatına görə, 2013-cü ilin birinci rübü ərzində qiymət sabitliyi təmin edilib və inflyasiya Mərkəzi bankın müəyyən etdiyi hədəf çərçivəsində qorunub. 2013-cü ilin birinci rübündə orta ilik inflyasiya 1.2% təşkil edib ki, bu da son illərdə müşahidə olunan ən aşağı inflyasiya səviyyəsidir. İlin əvvəlinə nəzərən qiymətlər 2.3%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1.5% artıb. Mart ayında illik ifadədə nisbətən yüksək qiymət artımı xidmətlərdə müşahidə olunub. Belə ki, ərzaq qiymətləri 0.9%, qeyri-ərzaq qiymətləri 0.4% artdığı halda xidmətlərdə qiymət artımı 3.3% olub. Xidmətlər üzrə belə yüksək qiymət artımı yanvar ayında hava sərnişindaşıma nəqliyyatında və notarial xidmətləri tariflərində olub.

Bütün xəbərlər Facebook səhifəmizdə