ARDNŞ Türkiyədə yeni neft emalı zavodu inşa edir

ARDNŞ Türkiyədə yeni neft emalı zavodu inşa edir

Azərbaycan Dövlət Neft Şirkəti Türkiyənin İzmir şəhərində yeni neft emalı zavodunun tikitisi üçün saziş imzalayıb. SİA-nın məlumatına görə,saziş ARDNŞ-in törəmə şirkəti olan "SOCAR Turkey" ilə "Star" neft emalı zavodunu (NEZ) tikəcək konsorsium arsında imzalanıb. Layihənin dəyəri dörd milyard dollardır.

Qeyd edək ki, yeni layihədə işlər İspaniya, İtaliya, Cənubi Koreya və Yaponiya firmalarının daxil olduğu beynəlxalq konsorsium tərəfindən həyata keçiriləcək. Bu prosesdə təxminən 3 mlrd. dollar kreditdən istifadə ediləcək. ARDNŞ neftayırma zavodunun layihə gücü ilə işləməyə başlamasından sonra ildə 10 mln. ton neft məhsulu istehsal ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə