Avropada avtomobil satışı azalıb

Avropadakı iqtisadi böhran qitənin avtomobil bazarına mənfi təsir göstərib. SİA-nın Euronews-a istinadən verdiyi xəbərə görə, Avropa Avtomobil İstehsalçıları Birliyi yaydığı hesabatda bildirib ki, Avropada avtomobil satışları 10,3 faiz azalaraq 1 milyon 350 min olub. Təəccüblü məqam isə ondan ibarətdir ki, azalma daha çox qitənin nəhəng dövlətləri Almaniya və Fransada qeydə alınıb. Almaniyada mart ayında satışın həcmi 17,1, Fransada isə 16,2 faiz azalıb. Bundan başqa satışın həcmi İspaniyada 13,9, İtaliyada 4,9 faiz olub.

Qeyd edək ki, Avropada 2010-cu ilin mart ayında ən yüksək avtomobil satışı qeydə alınmışdı. 2011-ci ildən etibarən isə satışda azalma baş verir. Satışın azalmasından ən çox zərərə uğrayan Toyota, Ford və Peugeot şirkətləri olub. İslandiya, Estoniya və İngiltərədə isə satış normaldır.

Bütün xəbərlər Facebook səhifəmizdə