2013-cü ilin yanvar-aprel aylarında Azərbaycana xaricdən 30 737 avtomobil gətirilib. SİA-nın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bunlardan 335-i sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş nəqliyyat vasitələri, 27 741-i əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 2 356-sı yük avtomobilləri, 305-i xüsusi təyinatlı avtomobillərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB