Lerik rayonun 8 kəndini birləşdirən, 5 minə yaxın əhalisi olan Livədirqə kənd inzibati ərazi dairəsində Alaşar çayının üzərində iki yeni körpünün açılışı olub. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun və Milli Məclisin deputatı İqbal Məmmədovun təşəbbüsü ilə iş adamı Çingiz Məmmədovun yaxından köməyi ilə əraziyə gedən yolun üzərində iki körpü inşa edilib.
Alaşar çayı üzərində körpünün uzunluğu 14 metr, eni 6 metr, Livədirqə kəndinin ərazisindən keçən çayın üzərində qurulan körpünün uzunluğu isə 12 metr, eni 6 metrdir. Hər iki körpünün inşasında dəmir-beton konstruksiyadan istifadə edilib.
Rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, ərazidə yaşayan sakinlərin iştirakı ilə hər iki körpünün açılış mərasimində Milli Məclisin deputatı İqbal Məmmədov və rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək kənd əhalisini təbrik ediblər, respublikada aparılan quruculuq-abadlıq işlərinin davamı kimi bu gün ucqar dağ rayonu olan Lerikdə görülən işlərdən söhbət açıb, qarşıda duran vəzifələrdən danışıblar.
Livədirqə ərazi icra nümayəndəsi Davud Manafov, ağsaqqal Abbas Zahidov, kənd sakinləriindən Fizuli Mirzəyev, Əhməd Əhmədov, Əkrəm Abdullayev çıxış edərək göstərilən diqqət və qayğıya görə cənab Prezidentə minətdarlıqlarını ifadə ediblər.
Hər iki körpünün rəmzi açılışını bildirən qırmızı lentlər kəsildikdən sonra körpü əhalinin istifadəsinə verilib.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB