Neft-qaz sektorunda sənaye məhsulunun istehsalı azalıb

Neft-qaz sektorunda sənaye məhsulunun istehsalı azalıb

Bu ilin ilk dörd ay ərzində 11.3 milyard manatlıq sənaye məhsulu istehsal olunub. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, sənaye məhsulunun 74.2 faizi mədənçıxarma bölməsində, 19.3 faizi emal bölməsində, 6.0 faizi elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində,

0.5 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 2.8 faiz artıb, neft-qaz sektorunda isə 1.5 faiz azalıb. Bundan başqa mədənçıxarma bölməsində ötən ilin yanvar-aprel ayları ilə müqayisədə məhsul istehsalı 2.3 faiz azalıb. Bununla yanaşı dörd ay ərzində 14.3 milyon ton neft, 5.9 milyard kub metr əmtəəlik qaz hasil olunub. Komitədən bildiriblər ki, emal bölməsində məhsul istehsalı 10.2 faiz artıb, bölməyə daxil olan məhsullardan qida məhsulları istehsalı 4.7 faiz, içki istehsalı 9.5 faiz artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə