Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azəriqaz" İstehsalat Birliyi tərəfindən istehlakçıların təbii qazla fasiləsiz təchiz edilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq mayın 1-ə olan məlumata görə, ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1536777-ə çatıb. ARDNŞ-dan SİA-ya verilən məlumata görə, bunların da 1518087-i əhali, 18690-ı isə qeyri-əhali abonentidir. Həmin abonentlərin 673492-i Bakı şəhəri (663803 əhali, 9689 qeyri-əhali abonenti), 863285-i isə regionların (854284 əhali, 9001 qeyri-əhali abonenti) payına düşür.
Ümumilikdə 1536535 abonent (99,98 faiz) sayğaclaşdırılıb ki, bunun da 1517845-i əhali (99,98 faiz), 18690-ı qeyri-əhali (100 faiz) istehlakçılarıdır. Bakı şəhəri üzrə 663596 əhali abonenti (99,97 faiz), 9689 qeyri-əhali abonenti (100 faiz), regionlar üzrə isə 854249 əhali abonenti (100 faiz) və 9001 qeyri-əhali abonenti (100 faiz). Bakı şəhəri üzrə cəmi 673285 abonent (99,97 faiz), regionlar üzrə isə 863250 abonent (100 faiz) sayğaclaşdırılıb.
Qeyd edək ki, 1 may 2013-cü il tarixə olan məlumata əsasən, abonentlərin mənzillərində 705 mindən artıq "smart-kart" tipli sayğac quraşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB