2013-cü ildə dövlət büdcəsindən 4.5 milyard manat vəsait xərclənib
Yanvar-mart aylarında dövlət büdcəsinə 4.7 milyard manat vəsait daxil olub, büdcədən 4.5 milyard manat vəsait xərclənib. SİA-nın Maliyyə nazirliyinə istinadən verdiyi məlumat görə, ümumi daxili məhsulun 1.2 faizi qədər və ya 154.6 milyon manat məbləğində profisit yaranıb. Büdcə xərclərinin 2.1 milyard manatı iqtisadiyyatın inkişafına, 511.1 milyon manatı sosial müdafiə və sosial təminata, 346.0 milyon manatı təhsilə və səhiyyəyə yönəldilib.
Dövlət statistika Komitəsindən verilən məlumata əsasən əhalinin banklardakı əmanətlərinin məbləği keçən ilin müvafiq dövrünə nisbətən 28.8 faiz artaraq aprel ayının 1-nə 5.5 milyard manata çatıb. Milli valyuta ilə vəsait qoyuluşu 3.2 milyard manat, xarici valyuta ilə qoyulmuş əmanətlərin məbləği isə 2.3 milyard manat olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB