Hər il may ayının ikinci ongünlüyündən başlayaraq Astarada çəltik əkini aparılır. SİA-nın Cənub bürosunun verdiyi məlumatta görə, bu il havaların əlverişli keçməsi fermerlərə əkini vaxtında bitirməyə şərait yaradıb. Bu sahədə çəzi çətinliklər hələ də qalmaqdadır.
Fermer Baloğlan Əliyevin sözlərinə görə, hazırda çəltik əkini zamanı tamamilə əl əməyindən istifadə ounur. Bu da məhsulun maya dəyərinin xeyli artmasına səbəb olur. Fermer Fəxrəddin Məhərrəmovun gileyi isə elit toxum sarıdan olub. Onun bildirdiyinə görə, çəltikçilk sahəsində hazırda mövcud olan toxumlar cırlaşıb. Bu da nəticədə məhsuldarlığın aşağı düşməsinə səbəb olur.
Bu istiqamətdə iş aparıldığını deyən Astara Rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Firudin Əhmədov toxumçuluqla yanaşı, həmçinin bu sahəyə lazım olan kənd təsərrüfatı texnikasının ölkəyə gətirilməsi üçün də müvafiq qurumlara müraciət olunduğunu əlavə edib.
Qeyd edək ki, dövlət tərəfindən çəltik əkininə görə hər hektara 80 manat subsidiya ayrılması fermerlərin bu sahəyə marağını xeyli artırıb. Belə ki, əgər ötən il təkcə Astara rayonunda 120 hektar sahədə çəltik əkilmişdisə, bu il 150-170 hektar sahədə çəltik əkini planlaşdırılır. Ötən il rayonda 1400 ton çəltik yığılıb, bu da hər hektara 65,4 sentner deməkdir.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB