Şəkər tozu ucuzlaşıb

Dünya bazarlarında bu dəfə şəkər tozunun qiyməti ucuzlaşıb. SİA-nın Bloomberg-ə istinadən verdiyi məlumata görə, ərzaq məhsulunun bu növünün ucuzlaşması səbəbi Braziliyada şəkər tozunun rekord miqdarda istehsal edilməsidir.

Bu il Braziliyada şəkər tozunun istehsalının 35,5 milyon tona çatdırıldığı söylənir. Ötən gün London birjası LIFFE-da ağ şəkərin bir tonunun qiyməti 480 dollar təşkil edib ki, bu da 2010-cu ildən bu yana ən aşağı göstəricidir. Mütəxəssislərin fikirincə, şəkər tozunun bir tonunun qiyməti 400 dollaradək ucuzlaşa bilər.

Qeyd edək ki, dünya bazarlarında şəkər tozunun qiymətinin aşağı düşməsinin Azərbaycanda təsiri hələlik hiss olunmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə