Obamanın pulu azalıb

Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama və ailəsinin əmlak bəyannamələri açıqlanıb. SİA-nın NBC kanalına istinadən verdiyi xəbərə görə, Obamalar ailəsinin gəlirləri ötən illə müqayisədə xeyli azalıb. Ötən il Obama ailəsinin 2,6-8,3 milyon dollarlıq var-dövlətə sahib olduqları halda, bu il onların əmanətləri 1,9-6,9 milyon dollar civarında olub. 2012-ci ildə onlar cəmi 608 min dollar qazana biliblər. Cütlük mühafizəkar sərmayə strategiyasını seçib.

Belə ki, Obama JPMorgan Chase bankında cari hesabında 515 min dollar saxlayır. Daha 5 milyon dollar ABŞ-ın yüksək etibarlı, amma azgəlirli qiymətli kağızlarında saxlanılır.

Prezident əvvəlki kimi, 2005-ci ildə götürdüyü 30 illik ipoteka kreditini ödəyir. Qızları Saşa və Maliyanın ali təhsili üçün isə 400 min dollar ayırıblar. Hazırda ABŞ prezidentinin illik maaşı 400 min dollardır.

Bütün xəbərlər Facebook səhifəmizdə