ARDNŞ rəhbəri “Bakı-Novoroyski” boru kəməri ilə bağlı rəsmi mövqeyini açıqladı
"Bizim imkanlarımız çox böyükdür. Bakı-Tiflis-Ceyhan neft boru kəməri, Bakı Supsa dəmir yolu, bir sözlə imkanlar böyükdür. Digər tərəfdən, bu, bizə iqtisadi cəhətdən böyük xeyir etmirdi". SİA-nın məlumatına görə, bunu Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev "Bakı-Novoroyski" boru kəmərindən nəql olunan neftin Rusiya tərəfindən dayandırılmasını şərh edərkən deyib.
SOCAR-ın rəhbəri bildirib ki, Azərbaycan Rusiyanın arqumentlərini qəbul edir, düzdür, qiymətlər artıb: "Bu xərcləri ödəmir və böyük itkilər alınır. Biz hər zaman bildirimişik ki, hökumətlərarası saziş bizə imkan vermirdi ki, onların itkilərini kompensasiyalarını ödəyək. Burada gözlənilməz heç nə yoxdur. Bu, aramızda olan sazişə əsasən baş tutub, onlar sənədə əsasən 6 öncə bu qərarı veriblər". Rövnəq Abdullayevin sözlərinə görə, nəqlin dayandırılması rəsmi Bakı üçün gözlənilməz deyil: "Bu sırf iqtisadi bir qərardır. Biz bunu anlayışla qəbul edirik. Bu saziş iki ölkə arasında 1996-cı ildə imzalanıb. Azərbaycanın ilk nefti Bakı-Novorossik boru kəməri ilə ixrac olunub. Neftimiz bu boru ilə dünya bazarına çıxardırdıq."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB