Nazirliyə 19500 müraciət daxil olub

Nazirliyə 19500 müraciət daxil olub

İqtisadi İnkişaf Nazirliyinin (İİN) səlahiyyətlərinə aid olan məsələlərlə bağlı sualların operativ və vaxtında cavablandırılması məqsədilə yaradılmış 195-2 Telefon Məlumat Mərkəzinə bu ilin aprel ayında 550-ə yaxın müraciət daxil olub. İİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, müraciətlər əsasən, sahibkarlıq fəaliyyəti, güzəştli kreditlər, istehlakçıların hüquqlarının müdafiəsi, eləcə də Nazirliyin səlahiyyətlərinə aid olan digər məsələləri əhatə edib.

Məlumata görə, ümumilikdə isə, İqtisadi İnkişaf Nazirliyinin Telefon Məlumat Mərkəzinə indiyədək 19500-ə yaxın müraciət edilib. Telefon Məlumat Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılır, araşdırma tələb edilən müraciətlər isə müvafiq qaydada qeydiyyata alınaraq, Nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılır və müvafiq tədbirlər görülür.

Qeyd edək ki, ölkənin istənilən ərazisindən stasionar və mobil telefonlardan 195-2 Telefon Məlumat Mərkəzinə zəng etməklə Nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciətlərə cavab almaq mümkündür. Telefon xidməti canlı rejimdə, qanunvericiliklə təsdiq edilmiş iş günlərində, fasiləsiz olaraq saat 9.00-dan 18.00-dək fəaliyyət göstərir. Mərkəz tərəfindən göstərilən telefon məlumat xidməti ödənişsizdir.

Bütün xəbərlər Facebook səhifəmizdə