Neft ucuzlaşıb

Mayın 13-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyun müqaviləsinin dəyəri 0,87 dollar və ya 0,9% azalaraq 1 barelə görə 95,17 dollar olub. SİA-nın xəbərinə görə, mayın 13-də ICE London qitələrarası birjasında iyunda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,09 dollar və ya 1,1% azalaraq 102,82 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə