Azərbaycan ət və ət məhsullarının istehsalı artıb AÇIQLAMA

Azərbaycan ət və ət məhsullarının istehsalı artıb AÇIQLAMA

"2013-cü ildə Kənd Təsərrüfatı sahəsində ciddi tədbirlər həyata keçirilib". Kənd Təsərrüfatı nazirliyinin şöbə müdiri Çingiz Fərəcov SİA-ya verdiyi açıqlamada bildirib ki, ölkə başçısının tapşırığına uyğun olaraq, Azərbaycan Respublikası əhalisinin qida ehtiyatı və təhlükəsizliyi istiqamətində işlər görülüb. Rəsmi statistikaya görə, il ərzində 1 milyon 700 ton süd istehsal olunub. Bundan başqa ət və süd məhsullarının xaricdən idxalının həcminin azaldılması üçün ölkəyə 700 min damazlıq düyə gətirilib. Onun 70 faizi inək damazlığıdır.

Çingiz Fərəcov həmçinin əlavə edib ki, yerli süd istehsalı yetərli olmadığı üçün, əksər emal müəssisələri xarici ölkələrdən Azərbaycana 3-4 min ton quru süd idxal edirlər. Şöbə müdiri buna səbəb kimi fermərlərin istənilən maliyyə gəliri əldə edə bilməmələrini göstərib: "Belə ki, emal müəssisələri fermerlərdən südün litrini 25 qəpiyə alır ki, bu da onların xərclərini tam ödəmir. Kənd Təsərrüfatı nazirliyi emal müəsissələrindən südün litrini 40-50 qəpiyə alması üçün məktubla müraciət edib. Bu qiymət artımı süd istehsalının həcminidə artıra bilər. Bundan başqa ölkənin heyvandarlıq və ət ehtiyatının artırılması üçün kompleks tədbirlər həyata keçirilib. Bunun üçün yeni heyvandarlıq kompleksləri yaradılır. Ət istehsalının artırılması prosesi daha çox ölkənin Ağcabədi və Bərdə rayonlarında həyata keçirilir. Bununla yanaşı, ölkədə ət kəsiminin də həcmi artırılıb".

Şöbə müdirinin sözlərinə görə, məhz bu səbəbdən ətin qiyməti 7 manata düşüb: "Bunun üçün Gürcüstan və Rusiyadan xüsusi cins iribuynuzlu mal-qara gətirilib. Bu gün ölkə əhalisinin sayı artır. Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi çalışır ki, emal müəsissələrinin sayını artırsın".

Bütün xəbərlər Facebook səhifəmizdə