"Neftin qiymətinin düşməsi ABŞ bazarlarında şits neftin artımı və Avropada iqtisadi vəziyyətə dair neqativ informasiyalrın yayılması ilə bağlıdır". Bunu iqtisadçı ekpert İlham Şaban deyib.
Onun sözlərinə görə, ABŞ Enerji Agentliyinin son açıqlamasına görə, cari ilin sonuna qədər Şimali Amerikada şits neft həcmlərinin hasilatı proqnozdan daha çox olacaq və bu da idxalı azaldacaq: "Yəni bazarda daha çox neft olacaq. Bundan başqa Avropa ölkələrində iqtisadiyyatda geriləmələr daha da qabarır, işsizlik artır. Bu və bir sıra digər amillər məhz neftin qiymətinin azalmasına səbəb olub".
Dünya neft bazarında baş verən geriləmənin Azərbaycana təsirinə gəlincə isə, ekspert bildirib ki, ölkəmiz hazırda sutkada 700 min barel neft ixrac edir: "Bu baxımdan neftin qiymətinin 1 dollar düşməsi Azərbaycanın hər gün 700 min dollar itirməsi deməkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB