2013-cü ilin yanvar-mart aylarında Azərbaycanda xarici ticarət dövriyyəsi 10,7 milyard dollar təşkil edib, bunun 8,5 milyard dollarlıq hissəsi ixracın, 2,2 milyard dollarlıq hissəsi idxalın hesabına yaranıb. SİA-nın Dövlət Statistika Komitəsinə istinadən veridiyi məlumata görə, bu dövr ərzində dünyanın 124 ölkəsi ilə ticarət əlaqəsi aparılıb, 63 ölkəyə əmtəə ixrac olunub, 115 ölkədən idxal olunub. Xarici ticarət dövriyyəsi iştirakçılarının 21-i Amerika, 47-si Avropa, 34-ü Asiya ölkələridir. Dövlət Komitəsi həmçinin bəyan edib ki, ixrac məhsulları arasında xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, idxal məhsulları arasında qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri, nəqliyyat vasitələri və onların hissələri üstünlük təşkil edib. Qeyri-neft məhsullarının ixracı ötən ilin yanvar-mart ayları ilə müqayisədə 28,3 faiz artıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB