Fevral ayında ölkə banklarının kredit portfeli yanvar ayına nisbətən 253,1 milyon manat və ya 19,5% azalaraq 12 703,5 milyon manata düşüb. SİA-nın Mərkəzi Banka istinadən verdiyi məlumata görə, ümumlikdə ölkənin bank sektorunda kredit portfelinin azalması müşahidə edilir. Mərkəzi bankdan həmçinin bildiriblər ki, birinci rübdə ticarət və xidmət sektoruna verilən kreditlərin həcmi 21 faiz, energetika, kimya və təbii ehtiyatlar sektoruna verilən kreditlər 20,4 faiz, sənaye və istehsal sektoruna verilən kreditlər isə 12.2 faiz azalıb. 2013-cü ildə kənd təsərrüfatına verilən kreditlər 11%, istehlak kreditləri 34%, inşaat və əmlak sektoruna verilən kreditlər isə 38,6% artıb. Bundan başqa bank sektorunda problemli kreditlərin həcmi 760,8 milyon manat və ya ümumi kredit portfelinin 5,87%-ni təşkil edib. Son bir ildə problemli kreditlərin həcmi 14,7% artıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB