Mayın 10-da – Ulu Öndər Heydər Əliyevin doğum günündə Havzava kəndinin təbii qaz, Narbağı kəndinə isə su xətti çəkilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, iyirmi illik fasilədən sonra Havzava kəndinə təbii qazın verilişi bərpa edilib.
Lənkəran ŞİH başçısının Havzava inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qurban Quliyev, kənd sakinlərindən Məmmədhüseyn Kərimov, Eynulla Mənsimov, İltifat Həsənov və İldırım Şükürzadə çıxış edərək təbii qazın Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi günündə verilməsini dövlətin kənd sakinlərinə ən böyük hədiyyəsi olduğunu , möhtərəm Prezident İlham Əliyevə, Lənkəram ŞİH-nin başçısı Taleh Qaraşova və "Azəriqaz" İstehsalat Birliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov sakinləri təbrik edərək qeyd edib ki, bu gün Havzava kənd sakinlərinin həyatında ən əlamətdar gündür. Bu gün Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi günündə kəndə təbii qazın verilməsi sizin xatirənizdə uzun müddət yaşayacaqdır. İcra başçısı daha sonra Azərbaycan xalqının sosial rifahının və həyat tərzinin gündən-günə yaxşılaşdığını, dövlətimizin iqtisadi qüdrətinin daha da artdığını diqqətə çatdırıb. Əlavə edib ki, indiyədək rayonumuzun 31 yaşayış məntəqəsinin qazlaşdırılıb, may-iyun aylarında daha 12 kəndə təbii qazın veriləcəyini, ilin sonunadək 71 qəsəbə və kəndin tamamilə qazlaşdırılacağını söyləyib.
Taleh Qaraşov çıxışının sonunda bu il keçiriləcək növbəti prezident seçkilərində hamını siyasi cəhətdən fəal olmağa və Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davamına səs verməyə çağırıb.
İcra başçısı sonda kənd ağsaqqalı Məmmədhüseyn Kərimovla birlikdə rəmzi məşəli alovlandırıb.
Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi şərəfinə mayın 10-da Narbağı kəndinin sakinləri də əsl bayram əhval-ruhiyyəsi yaşayıblar. Belə ki,həmin gün Narbağı kəndinin mərkəzində əlamətdar yubiley münasibətilə bulağın açılışı həyata keçirilib.Bu münasibətlə keçirilən mərasimi Rvo bələdiyyəsinin sədri Kamal Hüseynov açaraq əlamətdar gün münasibətilə sakinləri təbrik edib
Bələdiyyə sədri daha sonra əlavə edib ki, su xətti kəndin bu ərazisinə 60 il bundan əvvəl çəkilib. 2 kilometr məsafədən gələn su boruları artıq istismar müddətini başa vurmuşdu. Hörmətli İcra başçısı Taleh Qaraşov kənd sakinləri ilə son səyyar qəbul-görüşü zamanı bu məsələ qaldırılıb. İcra başçısı məsələnin ciddiliyini nəzərə alıb dərhal tapşırıqlarını verib . Nəticədə kəndin mərkəzində bulaq tikilib və 2 kilometrlik su xətti yeni borularla əvəzlənib. Bu xeyirxahlığına görə kənd sakinləri Lənkəran Şəhər İcra Hakimiyyəti rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonra bulağın açılışını bildirən qırmızı lent kəsilib.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB