Elman Rüstəmov: “İpoteka kreditləşməsi sistemi təkmilləşdiriləcək”

Elman Rüstəmov: “İpoteka kreditləşməsi sistemi təkmilləşdiriləcək”

"İpoteka kreditləşməsi mexanizminin sadələşdirilməsi ilə bağlı strategiya yaxın vaxtlarda hökumətə təqdim olunacaq". SİA-nın verdiyi xəbərə görə, bu açıqlamanı jurnalistlərə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov verib.

Onun sözlərinə görə, artıq bu istiqamətdə müvafiq strategiya hazırlanıb: "Yaxın zamanlarda sənəd hökumətə təqdim olunacaq. Strategiyanın başlıca istiqamətləri ipotekanın genişləndirilməsi, əhali üçün daha da münasib olması, sosial ipoteka ilə bağlı şərtlərə yenidən baxılması, ipotekanın mövcud bazar şəraitinə uyğunlaşdırılması, tikinti-əmanət banklarının yaradılması, əhalinin ona çıxış imkanlarının genişləndirilməsi və s. məsələlərdən ibarətdir".

Bütün xəbərlər Facebook səhifəmizdə