2018-ci ildə neçə faiz işsiz olacaq?

2018-ci ildə neçə faiz işsiz olacaq?

Dünyada gənclər arasında işsizlik faizi artıb. Avropada cərayan edən iqtisadi böhran aradan qalxmadığı müddətdə bu bəşəriyyət üçün ciddi problemə çevriləcək. SİA-nın məlumatına görə, rəsmi açıqlamanı Beynəlxalq Əmək Təşkilatı yayıb. 2012-2013-cü illərdə mövcud olan böhran gənclər arasındakı işsizliyin səviyyəsini 3 qat artırıb. Beynəlxalq təşkilatdan bildiriblər ki, 2009-cü ildə beynəlxalq maliyyə böhranı zamanı işsizlik 12,7 faiz idi. Bu il isə gənclər arasındakı işsizlik 12,6 faiz olub. Proqnozlara görə, 2018-ci ildə işsizlik 12,8 faizə qədər artacaq. Bundan başqa əmək fəaliyyəti olan gənclərlə bağlı da ürəkaçan açıqlama verilmir. Təşkilatın açıqlamasına görə, bu gün gənclərin böyük əksəriyyəti ixtisaslarına görə, çalışmırlar. Böyük əksəriyyəti günəmuzd fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə