Dünyanın ən zəngin insanları hansı şəhərlərdə yaşayır?

Dünyanın ən zəngin insanları hansı şəhərlərdə yaşayır?

Böyük Britaniyanın məhşur maliyyə şirkəti Velsayt dünyanın ən varlı adamlarının hansı şəhərlərdə yaşamasına dair statistik açıqlama yayıb. SİA-nın Euronews-a istinadən verdiyi xəbərə görə, Velsayt açıqlamasında bildirib ki, sərvətləri 30 milyon dollardan çox olan dünyanın 70 milyarder iş adamı ABŞ-da, daha dəqiq desək Nyu-Yorkda yaşayırlar. Böyük Britaniyanın paytaxtı Londonda isə zəngin insan sayı çox olsa da, sərvətləri amerikalı həmkarlarından azdır. Belə ki, statistikaya görə, hazırda Londonda 4224 multi-milyoner yaşayır. Yaponiyanın paytaxtı Tokioda isə 461.000 milyoner yaşayır. Tokiodan sonra milyonerlərin sayına görə, Nyu-York 2-ci yerdə olsada onun ardınca London və Paris gəlir. Siyahıda maraqlı məqamlarda var. Moskva milyarderlərin sayına görə, siyahıda 20-ci yerdə durur. Türkiyənin meqa-polisi olan İstanbul isə milyonçuların sayına görə, ilk 20-ə girə bilməsədə milyarderlərin siyahısında ilk 10-da qərarlaşıb. Mütəxəsislərin araşdırmalarına görə, 2020-ci ildə Çin zəngin iş adamlarının sayına görə, Yaponiya və Almaniyanı arxada qoyaraq 2 yerdə qərarlaşacaq. Dünyanın digər böyük dövləti Hindistanın isə siyahıda yüksəlməsi gözlənilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə