Rövnəq Abdullayev: “"Azəri-Çıraq-Günəşli" yataqlarının tam işlənməsi üçün proqramlar hazırlanır”
2013-cü ildə Azərbaycanda neft və qaz hasilatının ötən ilin səviyyəsində saxlanacağı gözlənilir. SİA-nın verdiyi xəbərə görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev jurnalistlərin sualını cavablandırarkən deyib.
Bundan başqa R.Abdullayev bildirib ki, bu ilin sonunadək "Azəri-Çıraq-Günəşli" yataqlarını tam işlənib başa çatdırılmasına dair proqram hazırlanacaq: "Azəri-Çıraq-Günəşli" yataqları üzrə 2013-2014-cü illərdə işlənməsinə dair, 2024-cü ildə "Əsrin Müqaviləsi" başa çatdıqdan sonra yatağın işlənməsi üzrə, o cümlədən yataqların tam işlənib başa çatdırılması istiqamətində tədqiqatlar aparılır, proqramlar hazırlanır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB