"Azərenerji" ASC bu ilin 4 ayı ərzində təqribən 7,8 milyard kilovat-saat elektrik enerjisi istehsal edib. "Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 2012-ci ilin müvafiq dövründə isə bu göstərici 8 milyard kilovat-saat təşkil edib. Səhmdar cəmiyyətdən bildiriblər ki, aprel ayında təqribən 1,8 milyard kVt/saat elektrik enerjisi istehsal edib. Ötən ilin analoji dövründə bu rəqəm 1,6 milyard kVt/saat olub.Aprel ayında, həmçinin qonşu ölkələrlə planlaşdırılmış elektrik enerjisi verilişi davam etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB