Paytaxtda tikintinin qiyməti ucuzlaşıb

Paytaxtda tikintinin qiyməti ucuzlaşıb

Bu ilin birinci rübündə yerüstü tikililər bölməsində 0,2 faiz, yol və körpü tikintisində isə 0,6 faiz ucuzlaşma müşahidə edilib. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, 2013-cü ilin 3 ayı ərzində tikinti işlərində qiymətlər 2012-ci ilin IV rübünə nisbətən 0,3 faiz ucuzlaşıb. Komitənin məlumatına görə, birinci rübdə yerüstü tikililərdən yaşayış evlərinin və sosial təyinatlı binaların tikintisi üzrə qiymətlər 0,3 faiz ucuzlaşıb, istehsal təyinatlı obyektlərin tikintisi üzrə qiymətlər isə 0,9 faiz bahalaşıb.Yaşayış evlərindən 5 mərtəbəyə qədər evlərin tikintisi üzrə qiymətlər 0,1 faiz, 6 və çoxmərtəbəli yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,3 faiz ucuzlaşıb. Sosial təyinatlı binalardan inzibati binaların inşası üzrə qiymətlərdə 0,2 faiz, ümumtəhsil məktəblərinin tikintisi üzrə isə qiymətlərdə 0,4 faiz ucuzlaşma müşahidə edilib. İstehsal təyinatlı obyektlərdən sənaye obyektlərinin tikintisi üzrə qiymətlər 0,9 faiz bahalaşıb.Rüb ərzində yol tikintisi üzrə qiymətlər 0,7 faiz ucuzlaşıb, körpü tikintisi üzrə qiymətlər dəyişməz qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə