"Aztəminatlı ailələrə dekoderlərin imtiyazlı verilməsi məsələsinə..."
"Azərbaycanda rəqəmsal televiziya yayımının tətbiqi çərçivəsində aztəminatlı ailələrə dekoderlərin imtiyazlı verilməsi məsələsinə yenidən baxıla bilər. Hazırda əsas məqsəd bütün ölkə ərazisində rəqəmsal televiziya yayımını təmin etmək və təkcə sosial TV-paketlər deyil, digər TV-paketləri hazırlamaqdır. Əsas prioritet məhz buna verilir. Payız aylarınadək aztəminatlı ailələr, onlara imtiyazlı dekoderlərin verilməsi üzrə ümumi məbləğ hesablanaraq Nazirlər Kabinetinə təqdim olunacaq". SİA-nın məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
Nazirin sözlərinə görə, bu ilin sonunadək Azərbaycanda analoq televiziya yayımı dayandırılacaq və ölkə əhalisi dekoderləri ala biləcək, aztəminatlı ailələr isə dövlət hesabına sözügedən avadanlıqla təmin olunacaq: "İlkin olaraq aztəminatlı ailələrə dekoderlərin verilməsi məqsədilə 5 mln. manat vəsaitin ayrılması nəzərdə tutulur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB