İqtisadi inkişaf naziri Şahin Mustafayev mayın 4-də Samuxda Goranboy, Göygöl, Daşkəsən, Samux, Kəlbəcər, Xocalı rayonlarından, Gəncə və Naftalan şəhərlərindən olan vətəndaşları qəbul edib. Nazirliyin mətbuat xidmətindən SİA-ya daxil olan məlumata görə, qəbula gələnlər əsasən, güzəştli kreditlərin verilməsi, sahibkarlıq fəaliyyəti, istehlakçıların hüquqlarının müdafiəsi, işə qəbul, eləcə də digər məsələlərlə bağlı müraciət ediblər. Qəbul zamanı vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir sıra müraciətlər üzrə məsələlər yerindəcə həll edilib. İqtisadi İnkişaf Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Qeyd edək ki, İqtisadi İnkişaf nazirinin Samuxda vətəndaşları qəbul edəcəyi barədə əvvəlcədən kütləvi informasiya vasitələrində məlumatlar verilib, bu məlumatlarda qəbulun təşkilinə dair əlaqə vasitələri göstərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB