Forbes.com veb-saytı Azərbaycanın iqtisadi inkişafından bəhs edib

Forbes.com veb-saytı Azərbaycanın iqtisadi inkişafından bəhs edib

ABŞ-ın nüfuzlu Forbes.com veb-saytında Azərbaycan iqtisadiyyatının inkişafında bəhs olunub. "Bakı: 1500 yaşı olan ləl daşı inkişaf etmiş infrastrukturu, innovativ texnologiyaları və müxtəlif müəssisələri ilə bərq vurur" başlıqlı məqalədə Azərbaycan regionun böyük iqtisadi nüfuza malik ölkəsi kimi təqdim olunub. məqalənin müəllifi "Wall Street Journal"ın tanınmış kapital analitiki Hilari Kreymer bildirib ki, Azərbaycan getdikcə dünyanın qabaqcıl ölkələri ilə ayaqlaşır və bir çox hallarda daha böyük nəaliyyətlərə imza atır. Məqalədə qeyd olunub: "Bu möhkəm əsaslı, geniş infrastruktur, texnoloji inkişaf və yeniliklər son dörd ildə prezident İlham Əliyevin neft kapitalını böyük məharətlə insan kapitalına çevirə bilməsi sayəsində mümkün olub. Ölkənin böyük neft ehtiyatlarından əldə etdiyi gəlir digər enerji resurslarının araşdırılıb inkişaf etdirilməsinə və hər sektorda ən yaxşı texnologiyaların tətbiq olunmasına yönəldilir".

Müəllif bundan başqa Azərbaycanın investisiya yatırımı baxımından münbit ölkə olduğunu bildirib. O, qeyd edib ki, azərbaycanlıların ölkə xaricində qürur duyacaqları məqamlar da çoxdur: "İlk olaraq, BMT Təhlükəsizlik Şurasında Azərbaycan da yer tutur. Azərbaycan həmçinin "Forbes" siyahısında investorların hüquqlarının müdafiə olunduğu ölkə kimi 24-cü və iqtisadiyyatının inkişaf etməkdə olduğu bir çox digər ölkələrə xas olan qarmaqarışıqlığın qarşısını ala bilmək imkanlarına görə 15-ci yer tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə