Sahibkarlığın inkişafı üçün nə etməli?

Sahibkarlığın inkişafı üçün nə etməli?

Prezident İlham Əliyev Azərbaycanda sahibkarlığın inkişafı üçün bir sıra proqramların həyata keçirilməsinə dair sərəncamlar verib. Bununla yanaşı, ölkə başçısı sahibkarların fəaliyyətinə mane olan səbəblərin aradan qaldırılması üçün göstərişlər verib. Hətta bir sıra qanun və məcəllələrin hazırlanması üçün Milli Məclisdə müzikərələr aparılır. Bu cür qanunlardan bir də bir müddət müzakirəsi aparılan rəqabət məcəlləsidir.

İqtisadçı ekspert Vüqar Bayramov SİA-ya verdiyi açıqlamada bildirib ki, rəqabət məcəlləsinin qəbul edilməsi vacibdir. Bu məcəllə iqtisadiyyatın şaxələnməsinə, o cümlədən iqtisadiyyatda qeyri-neft sektorunun payının artırılmasına xidmət edən sənəddir.

Qeyd edək ki, paralel olaraq sahibkarlığın inkişafı üçün xüsusi proqramlar hazırlanır və yaxın vaxtlarda qəbul olunacaq: "Bu səbəbdən həmin proqrama uyğun olaraq rəqabət məccəlləsinin qəbul olunması vacibdir. Vüqar Bayramov əlavə etdi ki, rəqabət məcəlləsinin qəbul edilməsi bütövlükdə iqtisadiyyatın qorunması və dövlətin rəqabətin qorunması ilə bağlı öhdəlik götürməsi deməkdir. Rəqabətin qorunması ona görə vacibdir ki, bu, azad sahibkarlığın yaradılması üçün böyük stimuldur və iqtisadiyyatın şaxələnməsi prosesini sürətləndirəcək:

3 ildə Azərbaycanın qeyri-neft sektorunda 10 faizə yaxın artım əldə edilib. Bu ilin 1-ci rübündə qeyri-neft sektorunda 13,5 faiz artım olub. Son statistik rəqəmlər deməyə əsas verir ki, ölkədə kifayət qədər böyük artım tempinə malik qeyri-neft sektoru mövcuddur. Vüqar Bayramovun sözlərinə görə, neft sektorunda 2010-cu ildən sonra azalma dalğası var. Neft hasilatında baş verən azalmanı rəqabət məcəlləsinin qəbulu və qeyri-neft sektorunu inkişaf etdirməklə kompensasiya etmək mümkündür: "Bu məcəllə ilə biznes inkişaf etdiriləcək, nəticədə regionların inkişafına böyük təsir edəcək. Rəqabət məcəlləsi eyni zamanda xüsusi iqtisadi zonanın yaradılmasına da xidmət edəcək. Rəqabət məcəlləsi tam imkan verəcək ki, vergi güzəşti almış şirkətlə vergi ödəyən şirkət arasında normal rəqabət mühiti yaradılsın".

Bütün xəbərlər Facebook səhifəmizdə