2013-cü ilin aprel ayında ərzaq məhsullarının qiymətlərinin 0,9 faiz bahalaşması qeydə alınıb. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin əvvəlki ayla eyni səviyyədə qalması ümumilikdə istehlak mallarının qiymətlərinin 0,4 faiz bahalaşmasına səbəb olub. Aprel ayı ərzində unun, qarabaşaq yarmasının, mal və toyuq ətinin, təzə balığın, pasterizə olunmuş və olunmamış üzlü südün, yumurtanın, kərə yağının, bananın, şəkər və şəkər tozunun, göyərtinin qiymətlərində ucuzlaşma, düyünün, makaron və kolbasa məmulatlarının, xamanın, günəbaxan və qarğıdalı yağlarının, limonun, portağalın, naringinin, almanın, armudun, şabalıdın, kələmin, bibərin, çuğundurun, kökün, sarımsağın, soğanın, kartofun qiymətlərində bahalaşma müşahidə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB