Bu gün dünya bazarlarında neftin qiyməti qalxıb. Dünya birjalarındakı statistikaya görə, ABŞ-da işsizliyin azalması dünya bazarında "qara qızıl"-ın bahalaşması ilə nəticələnib. London birjasında "Brent Crude Oil" markalı neftin bir barelinin iyun fyuçerslərinin qiyməti 2.90 dollar qalxaraq 102.85 dollar olub. ABŞ-ın NİMEX birjasında yüngül neft markası olan WTI-ın bir barelinin iyun fyuçerslərinin qiyməti isə 2.96 dollar artaraq 93.99 dollar təşkil edib.
Qeyd edək ki, ötən gün ABŞ-ın əmək naziri bildirib ki, aprelin 27-də tamamlanan həftə ərzində ölkədə işsizliyə müavinətlə bağlı ilkin müraciətlərin sayı azalıb. Ekspertlər bunun son beş ildə ən aşağı səviyyə olduğunu deyirlər. Analitiklər isə müraciətlərin sayı ilə bağlı göstəricinin artacağını gözləyirdilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB