Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi cari ilin aprel ayında Novorossiysk limanından 159 min 155 ton, Supsa limanından 242 min 367 ton, Çeyhan limanından 1 milyon 830 min 246 ton xam neft ixrac edib. ARDNŞ-ın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, ümümilikdə yanvar-aprel ayları ərzində Novorossiysk limanından 570 min 494 ton, Supsa limanından 1 milyon 41 min 569 ton, Ceyhan limanından isə 6 milyon 417 min 159 ton xam neft ixrac edilib.
Bundan başqa Neft Şirkəti aprel ayında 1 min 38 ton avtomobil benzini, 99 min 970 ton dizel yanacağı, 12 min 397 ton təyyarə yanacağı ixrac edib. Ümumilikdə, yanvar-aprel ayları ərzində 5 min 509 ton avtomobil benzini, 350 min 298 ton dizel yanacağı, 46 min 565 ton təyyarə yanacağı ixrac edilib. Mart ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 932,62 dollar, təyyarə yanacağının - 902,81 dollar, dizel yanacağının - 856,07 dollar, 1 faizli kükürdlü mazutun - 586,18 dollar təşkil edib.
Qeyd edək ki, aprel ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 101,92 dollara, Urals nefti - 101,82 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 104,57 dollara satılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB