“Billionare” MMC-nin lisenziyalarının fəaliyyəti dayandırılıb

“Billionare” MMC-nin lisenziyalarının fəaliyyəti dayandırılıb

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Billionare" MMC-nin müraciətinə əsasən broker və diler lisenziyalarının fəaliyyəti dayandırılıb. Qurumdan SİA-ya verilən məlumata görə, hazırda qiymətli kağızlar bazarında 12 broker fəaliyyəti, 11 diler fəaliyyəti və 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 3 depozitar, 1 fond birjası və 1 klirinq üzrə peşəkar fəaliyyətə verilmiş xüsusi razılıqlar (lisenziyalar) qüvvədədir.

Bütün xəbərlər Facebook səhifəmizdə