Elman Rüstəmov Commerzbank AG-nin nümayəndəsini qəbul edib

Elman Rüstəmov Commerzbank AG-nin nümayəndəsini qəbul edib

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Almaniyanın aparıcı banklarından biri olan Commerzbank AG-nin İdarə heyətinin sədri Martin Blessinqi və onun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bankdan SİA-ya verilən məlumata görə, görüşdə Azərbaycanda bank sektorunun qiymətləndirilməsi məsələləri, son tendensiyalar və perspektivlər, həmçinin yerli banklar ilə əlaqələr müzakirə edilib.

Commerzbank AG-nin İdarə heyətinin sədri Azərbaycanın uğurlu inkişafını qeyd edərək ölkəmizlə əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulayıb.

Öz növbəsində Mərkəzi Bankın sədri Elman Rüstəmov ölkə iqtisadiyyatının, o cümlədən bank sektorunun sürətlə inkişaf etdiyini qeyd edib. O, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsi potensilanı xüsusilə vurğulayaraq ikitərəfli münasibətlərin bundan sonra da davam edəcəyinə əminliyini ifadə edib.

Görüş zamanı Azərbaycanda bank sektorunun inkişafına dair gələcək əməkdaşlıq istiqamətləri geniş müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə