Azərbaycanın nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən cari ilin yanvar-mart aylarında 48,4 milyon ton və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çox yük daşınıb, qeyri-neft yüklərinin həcmi 5,6 faiz artaraq 31,9 milyon tona çatıb. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, daşınan yüklərin 51,8 faizi avtonəqliyyat, 30,2 faizi boru kəməri, 11,4 faizi dəmir yolu, 6,6 faizi dəniz nəqliyyatı ilə həyata keçirilib.
Qeyri-dövlət bölməsində yük daşınması 2 faiz artmış, bu bölməyə məxsus nəqliyyat vasitələri ilə yük daşınmasının payı nəqliyyat sektorunda 71,1 faiz təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB