İsmət Abasov: "Kənd təsərrüfatına o qədər də ciddi ziyan dəyməyib"
"Havaların qeyri-sabit keçməsi kənd təsərrüfatına o qədər də ciddi ziyan vurmayıb". SİA-nın bölgə müxbirinin məlumatına görə, bu barədə Gəncə şəhərində səfərdə olan kənd təsərrüfatı naziri İsmət Abasov bildirib. Nazirin sözlərinə görə, yağışlı hava şəraiti meyvəçiliyə müəyyən təsirini gösətərsə də, qeydə alına biləcək itki o qədər də təlükəli deyil.
"Qeyri-sabit hava şəraiti meyvəçiliyə müəyyən təsiri olub. Lakin bu cür hava şəraitinin taxıla müsbət təsiri var. Əgər qısa zamanda havalar yenidən normallaşsa onda deyə bilərəm ki, qeydə alına biləcək itki çox az olacaq", - deyə nazir əlavə edib.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB