Dövlət büdcəsinə 3,2 milyard manat daxil olub

Dövlət büdcəsinə 3,2 milyard manat daxil olub

Yanvar-fevral aylarında dövlət büdcəsinə 3,2 milyard manat daxil olub, büdcədən 2,9 milyard manat vəsait xərclənib. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, büdcənin gəlirləri ilə xərcləri arasında yaranmış 308,9 milyon manatlıq profisit ümumi daxili məhsulun 3,7 faizini təşkil edib. Büdcə xərclərinin 1,5 milyard manatı və ya 51,9 faizi iqtisadiyyatın inkişafına, 344,3 milyon manatı 11,9 faizi sosial müdafiə və sosial təminata, 185,1 milyon manatı 6,4 faizi təhsilə və səhiyyəyə yönəldilib.

Əhalinin banklara qoyduqları əmanətlərin məbləği ilkin hesablamalara görə keçən ilin müvafiq dövrü ilə müqayisədə 21,2 faiz artaraq aprel ayının 1-nə 5,2 milyard manata çatıb. Verilmiş kreditlərin məbləği 2012-ci ilin üç ayı ilə müqayisədə 27,7 faiz artaraq 13,1 milyard manat təşkil edib.

Mart ayında 1 ABŞ dolları 0,78 manata, 1 Avro 1,02 manata, 100 Rusiya rublu 2,55 manata, yanvar-mart aylarında isə müvafiq olaraq 0,78, 1,04 və 2,58 manata bərabər olub.

Bütün xəbərlər Facebook səhifəmizdə