Bakıda aprelin 18-də Azərbaycan-Çin işgüzar görüşü keçiriləcək. AZPROMO-dan SİA-ya verilən məlumata görə, İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçiriləcək tədbirdə qida, tikinti, yük avtomobillərinin istehsalı, İKT, infrastruktur, enerji, taxta və taxta məhsullarının emalı, logistika, turizm, media, daşınmaz əmlak, tikinti üçün texnikanın istehsalı və digər sektorları təmsil edən Çin sahibkarları iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB