İqtisadi İnkişaf naziri Şahin Mustafayevin regionlarda növbəti qəbulu aprelin 20-də Şirvan şəhərində keçiriləcək. Nazirlikdən SİA-ya verilən məlumata görə, saat 10:00-dan etibarən Şirvan Şəhər Mərkəzi Mədəniyyət Evində (Gülbala Şıxbalaoğlu küçəsi, 14) təşkil olunacaq qəbulda İqtisadi İnkişaf naziri Şahin Mustafayev Biləsuvar, Neftçala, Saatlı, Sabirabad, Salyan, Kürdəmir, İmişli, Hacıqabul, Cəbrayıl rayonlarından və Şirvan şəhərindən olan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşların İqtisadi İnkişaf Nazirliyinin "[email protected]" elektron poçt ünvanı, 493-51-68, 493-88-67 (21-43), (050) 315-18-17 nömrəli telefonlar, həmçinin Nazirliyin Aran regional bölməsi vasitəsilə qəbula yazılmaları xahiş olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB