Prezident “Statoil” şirkətinin baş icraçı direktorunu qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün "Statoil" şirkətinin baş icraçı direktoru Helge Lundu qəbul edib. Dövlətimizin başçısı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə "Statoil" şirkəti arasında mövcud olan uzunmüddətli tərəfdaşlıq əlaqələrini əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirib. Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə "Statoil" şirkəti arasında əməkdaşlığımıza dair yeni layihələrin önəmini qeyd edib.
"Statoil" şirkətinin baş icraçı direktoru Helge Lund Azərbaycanda neft və qaz sənayesinin inkişafında ölkəmizdə mövcud olan sabitliyin rolunu xüsusi vurğulayıb.
Görüşdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə "Statoil" şirkəti arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB