Nazirin növbəti görüşü Şirvanda olacaq

Nazirin növbəti görüşü Şirvanda olacaq

İqtisadi İnkişaf naziri Şahin Mustafayev Mingəçevir şəhərində vətəndaşları qəbul edib. Nazirlikdən SİA-ya verilən məlumata görə, qəbulda Yevlax, Bərdə, Ağcabədi, Ağdaş, Ucar, Göyçay, Zərdab, Beyləqan, Laçın rayonlarından və Mingəçevir şəhərindən olan vətəndaşlar iştirak ediblər. Vətəndaşlar əsasən, güzəştli kreditlərin verilməsi, sahibkarlıq fəaliyyəti, istehlakçıların hüquqlarının müdafiəsi, işə qəbul, eləcə də digər məsələlərlə bağlı müraciət ediblər. Vətəndaşların bir sıra müraciətləri üzrə məsələlər yerindəcə həll edilib, İqtisadi İnkişaf Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Qeyd edək ki, Şahin Mustafayevin regionlarda növbəti qəbulu aprelin 20-də isə Şirvan şəhərində olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə