Taner Yıldız: “TANAP-la nəql olunan qaz «Nabucco-West»lə Avropanın şimalına ixrac oluna bilər”

Taner Yıldız: “TANAP-la nəql olunan qaz «Nabucco-West»lə Avropanın şimalına ixrac oluna bilər”

Türkiyənin öz ərazilərində təbii karbohidrogen ehtiyyatlarının olmamasına baxmayaraq regional enerji layihələrinin reallaşmasında önəmli paya sahibdir. SİA-nın verdiyi xəbərə görə, bunu Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız Bakıda keçirilən "Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı Strateji Dialoq" mövzusunda I Dünya İqtisadi Forumundakı çıxışında deyib.

Onun sözlərinə görə, gələn il TANAP (TransAnadolu boru kəməri) layihəsi çərçivəsində planlaşdırma və əməli işlərə başlanacaq: "Bu layihə üzrə 1800 km boru xəttinin tikintisi aparılmalıdır. Hazırda kəmərin Türkiyə ərazisindən keçəcəyi hissənin dəqiqləşdirilməsi işləri aparılır. Artıq layihəni hazırlayan şirkət öz mərkəzini Türkiyəyə köçürüb. Gələcəkdə TANAP-la nəql olunan qaz istər TAP (TransAdriatik boru kəməri) vasitəsilə Avropanın cənubuna, istərsə də "Nabucco-West"lə Avropanın şimalına ixrac oluna bilər. Türkiyə Avropa və Asiya arasında hər bir sahədə mühüm rol oynaya bilər. Buna baxmayaraq Türkiyə bu coğrafi üstünlükdən sui-istifadə etmir".

Bütün xəbərlər Facebook səhifəmizdə